Azərbaycanda sahibkarlıqla məşğul olan bank müştərilərinin sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında sahibkarlıqla məşğul olan bank müştərilərinin sayı 684 min 975 nəfər olub.
Bu da illik müqayisədə 77 326 nəfər, yaxud 12,7%, aylıq müqayisədə 4 132 nəfər, yaxud 0,6% artım deməkdir.
Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında sahibkarlıqla məşğul olan bank müştərilərinin sayı 607 min 639 nəfər, cari ilin yanvar-avqust aylarında 680 min 843 nəfər olub.