Azərbaycanda fiziki şəxslər üzrə bank müştərilərin sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin oktyabrın 1-nə fiziki şəxslər üzrə bank müştərilərin sayı 14 191 659 nəfər olub.
Bu da illik müqayisədə 844 775 nəfər (6.3%), aylıq müqayisədə 123 044 nəfər, yaxud 0,9% artım deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə fiziki şəxslər üzrə bank müştərilərin 13 346 884 nəfər, cari ilin sentyabrın 1-nə 14 068 615 nəfər olub.