Azərbaycanda sahibkarlıqla məşğul olan bank müştərilərinin sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında sahibkarlıqla məşğul olan bank müştərilərinin sayı 661min 407 nəfər olub.
Bu da illik müqayisədə 98 314 nəfər, yaxud 17,5%, aylıq müqayisədə 1 985 nəfər, yaxud 0,3% artım deməkdir.
Belə ki, 2022-ci ilin yanvar-may aylarında sahibkarlıqla məşğul olan bank müştərilərinin sayı 563 min 093 nəfər, cari ilin yanvar-aprel aylarında 659 min 422 nəfər olub.