Azərbaycanda fiziki şəxslər üzrə bank müştərilərinin sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında fiziki şəxslər üzrə bank müştərilərinin sayı 13 690 176 nəfər olub.
Bu da illik müqayisədə 680 536 nəfər, yaxud 5,2%, aylıq müqayisədə 61 123 nəfər, yaxud 0,4% artım deməkdir.
Belə ki, 2022-ci ilin yanvar-may aylarında fiziki şəxslər üzrə bank müştərilərinin sayı 13 009 640 nəfər, cari ilin yanvar-aprel aylarında 13 629 053 nəfər olub.