Azərbaycan banklarının xarici öhdəlikləri ötən il dekabrın 1-nə 1 666,1 milyon manat təşkil edib.
Eləcə də bax: Noyabrda böyük məbləğdə - DOLLAR ƏMANƏTLƏRİ GERİ GÖTÜRÜLÜB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 3,7% artıb.
Bu, 2019-ci ilin yanvarın 1-nə nisbətən 8,9%, 2018-ci ilin dekabrın 1-i ilə müqayisədə isə 9,9% azalıb.
Bankların xalis xarici aktivləri dekabrın 1-nə 4 585,3 mln manat təşkil edib ki, bu da noyabrın-1 ilə müqayisədə 8,1% az, yanvarın 1-nə nisbətən 17,2% çox, 2018-ci ilin dekabrın 1-i ilə müqayisədə isə 3% az olub.
Hesabat dövründə bankların məcmu xarici aktivləri 6 541,1 mln manat təşkil edib. Bu noyabrın-1 ilə müqayisədə 5,6% az, yanvarın 1-nə nisbətən 10,7% çox, 2018-ci ilin dekabrın 1-i ilə müqayisədə isə 4,1% azalıb.
Hal-hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir ki, bunlardan ikisi dövlət (Azər-Türk Bank, Azərbaycan Beynəlxalq Bankı) 28-i isə özəl kommersiya bankıdır.
“Report”