Azərbaycaqn Mərkəzi Bankı (AMB) 2023-cü ilin aprelin sonuna ölkənin bank sektorundakı vəziyyəti və müxtəlif göstəriciləri açıqlayıb.
«Günay Bank» müflis elan edildi – LƏĞVEDİCİ TƏYİN OLUNDU
FED.az xəbər verir ki, AMB-nin məlumatına görə, 2023-cü il aprelin sonuna ölkənin bank sektorunda qeyri-işlək, yəni problemli kreditlərin həcmi 770 milyon manat təşkil edir.
Son bir ayda, yəni martın sonu ilə müqayisədə belə kreditlər 20 milyon manat artsa da, ümumilikdə son bir ildə, yəni 2022-ci ilin aprelin sonu ilə müqayisədə problemli kreditlərin həcmi 44 milyon manat azalıb. Bi il əvvəl bankların «ölü» kreditləri 814 milyon manat idi.
Problemli kreditlərin böyük hissəsi 522 milyon manatı biznes kreitlərinin (ümumi biznes kreditlərində payı 4,7%), 203 milyon manatı istehlak kreitlərinin (3,3%), 45 milyon manat isə ipoteka kreditlərinin (cəmi 1,4)% payına düşür.
Bir il əvvəllə müqayisədə problemli biznes kreditləri 34 milyon manat azalıb, problemli ipoteka kreditləri 12 milyon manat azalıb, problemli istehlak kreditləri isə əksinə təqribən 2 milyon manat artıb.
Üumilikdə bank sektorunda qeyri-işlək kreditlərin payı ötən ilki (yəni 2022-ci il aprelin sonu) 4,6%-dən, xeyli azalaraq 2023-cü ilin aprelində 3,8%-ə enib.
Qeyd edək ki, bank sektorunda problemli kreditlərin ciddi hissəsi bir qədər əvvəl lisenziyası geri alınmış «Günay Bank»ın payına düşürdü.
«Günay Bank» kiçilir, kreditlərin yarıdan çoxu qaytarılmır - İKİQAT AZALMA – HESABAT
FED.az-ın məlumatına görə, 2023-cü il 1-ci rübün sonuna «Günay Bank»dakı problemli və qeyri-işlək kreditlərin məbləği 116 milyon manat idi və bu bankın ümumi kredit portfelinin yarıdan çoxunu təşkil edirdi (bu vəziyyət bankda 1 ildən artıq idi ki, davam edirdi). Başqa sözlə, ölkədəki 770 milyon manat problemli kreditin təqribən 15%-ni «Günay Bank»dakı problemli kreditlər təşkil edirdi.
Bu mənada artıq gələn aydan etibarən ölkə üzrə qeyri-işlək kreditlər göstəricisinin xeyli yaxşılaşacağı gözlənilir.