Cari ilin oktyabrın 1-nə Azərbaycanda pul bazası 17 896,2 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 751,3 milyon manat və ya 10,8% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 16 144,9 milyon manat olub.
Aylıq müqayisədə isə 220,7 milyon manat, 1,2%-lik azalma qeydə alınıb.
Sentyabrın 1-nə pul bazasının həcmi 18 116,9 milyon manat təşkil edib.