Cari ilin oktyabrın 1-nə AMB-nin banklara və BOKT-lara xalis tələbləri 6 006,3 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin Oktyabrın 1-nə olan müqayisə ilə 1 559,3 milyon manat və ya 20,6% azdır.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 7 565,6 milyon manat olub.
Aylıq müqayisədə isə 608,6 milyon manat, 9,2%-lik azalma qeydə alınıb.
Sentyabrın 1-nə olan xalis tələblər 6 614,9 milyon manat təşkil edib.