Azərbaycanda problemli kreditlərin həcmi artıb.
Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb
FED.az xəbər verir ki, bu il aprelin 1-nə vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib.
İqtisadçı-ekspert Elmir Səfərli deyir ki, ötən illə müqayisədə isə problemli kreditlərin həcmi orta hesabla 30 milyon manat həcmində artıb. Bu artımın müxtəlif səbəbləri var.
Onun sözlərinə görə, kredit kartları ilə verilən kreditlər də gecikmələrə təsir edən əsas səbəblərdəndir. Halbuki bu kartlar vətəndaşların gündəlik istifadəsi üçün nəzərdə tutulur.
“Bir çox hallarda isə vətəndaşların aylıq kredit ödənişlərinin həcmi onların aylıq qazanclarından çox olur.
Problemli kreditlərin həcminin artması gələcəkdə bir sıra problemlərə də yol aça bilər. Ona görə də kreditlərin verilmə şərtlərində dəyişiklik olmalıdır.
Eyni zamanda vətəndaşlar da ödəmə qabiliyyətlərinə uyğun kredit götürməlidirlər”,- deyə ekspert vurğulayıb.
Qeyd edək ki, martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.6% təşkil edib.