2025-ci il aprel 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib.
FED Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici bu ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2.3% və ya 10.9 milyon manat artıb.
Bildirək ki, ilin əvvəlinə vaxtı ekçmiş kreditlərin məbləği 449,1 milyon manat, ötən ilin eyni dövründə 470,8 milyon manat təşkil edib.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil etmişdir.