2025-ci il fevral ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475.1 milyon manat təşkil edib.
Son bir ayda bank işçilərinin sayı 89 nəfər artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu göstərici cari il yanvar ayının 1-i ilə müqayisədə 5.8% və ya 26 milyon manat çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 4.6% və ya 21 milyon manat artıb.
Qeyd edək ki, cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.24 faiz bəndi azalaraq 1.62% təşkil edib. (Apa)