Bu il dekabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 0,6% azalaraq 437,8 milyon təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu əvvəlki aya nisbətən 0,6% azdır.
Vaxtı ötmüş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 26,2% azalıb.
Bundan başqa cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.1 faiz bəndi azalaraq 1.8% təşkil edib.