Ötən ilin son rübündə "Bank Respublika"nın faiz gəlirləri 189 milyon 746 min manat olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bunun da 164 milyon 275 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb.
Faiz gəlirləri son bir ildə 51 milyon 157 min manat (37%) , kreditlərən əldə edilən gəlirlər hesabına formalaşan faiz gəlirləri isə 34 milyon 759 min manat (27%) artıb.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 1 milyon 553 min manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 11 milyon 178 min manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 4 milyon 890 min manat, digər faiz gəlirləri isə 7 milyon 849 min manat olub.
Əvvəlki illə müqayisədə banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 8 milyon 428 min manat (4,1 dəfə), ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 2 milyon 745 min manat (2,3), digər faiz gəlirləri isə 5 milyon 304 min manat (3,1 dəfə) artıb.