2025-ci ilin avqustun 1-nə (iyul ayının yekunu) Azərbaycanda fəaliyyət göstərən POS-terminalların ümumi sayı 147 min 478 ədədə çatıb.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Ümumi terminal şəbəkəsi ötən ilin eyni dövrü ilə müqayisədə 27 min 938 ədəd, yəni 23,4% artıb. İlin əvvəlindən, yəni son 7 ayda isə artım daha kəskin olub və 48 min 299 ədəd, yəni 48,7% təşkil edib. Aylıq müqayisədə isə şəbəkə 7 min 720 ədəd, yəni 5,5% böyüyüb.
Təmassız POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 min 274 ədəd, yəni 24,1%, ötən ilin sonuna nəzərən 48 min 722 ədəd, yəni 50,3%, aylıq müqayisədə isə 7 min 712 ədəd, yəni 5,6% artıb.
Ticarət və xidmət sektorundakı POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27 min 805 ədəd, yəni 23,8%, ötən ilin sonuna nəzərən 48 min 161 ədəd, yəni 50,0%, aylıq müqayisədə isə 7 min 685 ədəd, yəni 5,6% artıb.
Ərazi baxımından artım həm paytaxtda, həm də regionlarda müşahidə olunsa da, ilin əvvəlindən bəri ən yüksək artım tempi regionların payına düşür.
Paytaxtdakı POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 min 749 ədəd, yəni 24,3%, ötən ilin sonuna nəzərən 27 min 601 ədəd, yəni 43,7%, aylıq müqayisədə isə 5 min 161 ədəd, yəni 6,0% artıb.
Regionlardakı POS-terminalların sayında ötən ilin eyni dövrü ilə müqayisədə 10 min 189 ədəd, yəni 21,9%, ötən ilin sonuna nəzərən 20 min 698 ədəd, yəni 57,5%, aylıq müqayisədə isə 2 min 559 ədəd, yəni 4,7% artım baş verib.
Xatırladaq ki, cəmi POS-terminalların sayı bu ilin iyulun 1-nə 139 min 758 ədəd, ötən ilin sonunda 99 min 179 ədəd, 2024-cü ilin avqustun 1-nə isə 119 min 540 ədəd təşkil edib.
Təmassız POS-terminalların sayı bu ilin iyulun 1-nə 137 min 876 ədəd, ötən ilin sonunda 96 min 866 ədəd, 2024-cü ilin avqustun 1-nə isə 117 min 314 ədəd olub.
Ticarət və xidmət sektorundakı POS-terminalların sayı bu ilin iyulun 1-nə 136 min 886 ədəd, ötən ilin sonunda 96 min 410 ədəd, 2024-cü ilin avqustun 1-nə isə 116 min 766 ədəd təşkil etmişdir.
Bakıdakı POS-terminalların sayı bu ilin iyulun 1-nə 85 min 630 ədəd, ötən ilin sonunda 63 min 190 ədəd, 2024-cü ilin avqustun 1-nə isə 73 min 42 ədədə bərabər olub.
Regionlardakı POS-terminalların sayı bu ilin iyulun 1-nə 54 min 128 ədəd, ötən ilin sonunda 35 min 989 ədəd, 2024-cü ilin avqustun 1-nə isə 46 min 498 ədəd olun.