2025-ci ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən bankomatların ümumi sayı 3 min 442 ədəd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankomatların ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 138 ədəd, yəni 4,2%, ötən ilin sonuna nəzərən 263 ədəd, yəni 8,3%, aylıq müqayisədə isə 2 ədəd, yəni 0,1% artıb.
Bankomatların 1 min 847 ədədi Bakı şəhərinin payına düşür. Bu, illik müqayisədə 75 ədəd, yəni 4,2%, ötən ilin sonuna nəzərən isə 162 ədəd, yəni 9,6% artım deməkdir. Son bir ayda isə paytaxtda bankomatların sayı 1 ədəd azalıb.
Regionlarda isə 1 min 595 ədəd bankomat fəaliyyət göstərir. Bu, illik müqayisədə 63 ədəd, yəni 4,1%, ötən ilin sonuna nəzərən 101 ədəd, yəni 6,8%, son bir ayda isə 3 ədəd, yəni 0,2% artım deməkdir.
Xatırladaq ki, cəmi bankomatların sayı bu ilin iyulun 1-nə 3 min 440 ədəd, ötən ilin sonunda 3 min 179 ədəd, 2024-cü ilin avqustun 1-nə isə 3 min 304 ədəd təşkil edib.