Bu gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib.
Eləcə də bax: Dövlət Vergi Xidmətinin hazırladığı yeni qayda banklara - TƏQDİM EDİLİB
FED.az xəbər verir ki, ABA-dan verilən məlumata görə, iclas zamanı POS-terminal vasitəsilə PİN-kod daxil edilmədən nağdsız formada həyata keçirilən təmassız əməliyyatlar üzrə limitin 100 manat məbləğinə qaldırılması, təmassız ödənişlərin və token xidmətinin tətbiqi ilə bağlı əməliyyatların genişləndirilməsi məqsədilə birgə fəaliyyətin təşkili müzakirə edilib. Həmçinin ekspert qrupunun üzvləri tərəfindən, ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə kart istifadəçilərinin intensiv qaydada məlumatlandırılması məsələsinə toxunulub.
Ekspertlərin müzakirəsi nəticəsində iclasda qaldırılan məsələlərin həllində atılacaq növbəti addımlara dair qərarlar qəbul edilib.