Azərbaycan Mərkəzi Bankı, Dövlət Vergi Xidməti və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların rəhbər nümayəndələrinin, həmçinin nəzdində fəaliyyət göstərən "Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu"nun üzvlərinin iştirakı ilə görüş keçirilib.
Eləcə də bax: Azərbaycanda vergidən yayınmaya qarşı - YENİ TƏDBİRLƏR HAZIRLANIB
FED.az ABA-ya istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hazırlanmış "Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması" Qaydasının layihəsi, bununla əlaqədar banklar tərəfindən toplanmış, "Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu"nun üzvləri tərəfindən sistemləşdirilmiş təkliflər Dövlət Vergi Xidmətinin nümayəndələri ilə müzakirə edilib.
ABA tərəfindən verilmiş təkliflər əsaslandırılaraq Dövlət Vergi Xidmətinin diqqətinə çatdırılıb və qaydalara müvafiq olaraq əlavə və düzəlişlər edilməsi müzakirə edilib.
Qeyd edək ki, müzakirələr nəticəsində Qayda layihəsinin son versiyası hazırlanaraq banklara təqdim edilib.