2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının daşınmaz əmlak kredit portfeli 3 523,1 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 748,4 milyon manat və ya 27% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan banklarının daşınmaz əmlak kredit portfeli 2 774,7 milyon manat olub.