Azərbaycanda müştərilərin kredit hesablarının sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin sentyabrın 1-nə müştərilərinin kredit hesablarının 7 209 877 nəfər olub.
Bu da illik müqayisədə 1 970 140 nəfər (37,6%), aylıq müqayisədə 187 456 nəfər (2,7%) artım deməkdir.
Belə ki, 2022-ci ilin sentyabrın 1-nə müştərilərin kredit hesablarının sayı 5 239 737 nəfər, cari ilin avqustun 1-nə 7 022 421 nəfər olub.