Azərbaycanda müştəri hesablarının sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin sentyabrın 1-nə müştərilərin bank hesablarının sayı 36 750 228 nəfər olub.
Bu da illik müqayisədə 6 403 296 nəfər (21,1%), aylıq müqayisədə 852 066 nəfər, yaxud 2,4% artım deməkdir.
Belə ki, 2022-ci ilin sentyabrın 1-nə müştərilərin bank hesablarının sayı 30 346 932 nəfər, cari ilin avqustun 1-nə 35 898 162 nəfər olub.