Azərbaycanda müştərilərin depozit hesablarının sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında müştərilərin depozit hesablarının sayı 302 min 447 ədəd olub.
Bu da illik müqayisədə 31 min 063 ədəd, yaxud 11,4%, aylıq müqayisədə 924 ədəd, yaxud 0,3% artım deməkdir.
Belə ki, 2022-ci ilin yanvar-may aylarında müştərilərin depozit hesablarının sayı 271 min 384 ədəd, cari ilin yanvar-aprel aylarında 301 min 523 ədəd olub.