Azərbaycanda müştərilərin kredit hesablarının sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında müştərilərin kredit hesablarının sayı 6 milyon 877 min 981 ədəd olub.
Bu da illik müqayisədə 2 milyon 13 min 175 ədəd, yaxud 41,4%, aylıq müqayisədə 245 min 278 ədəd, yaxud 3,7% artım deməkdir.
Belə ki, 2022-ci ilin yanvar-may aylarında müştərilərin kredit hesablarının sayı 4 milyon 864 min 806 ədəd, cari ilin yanvar-aprel aylarında 6 milyon 632 min 703 ədəd olub.