2025-ci ilin avqustun 1-nə (iyul ayının yekunu) Azərbaycanda bank sektorunda müddətli əmanəti olan unikal müştərilərin (FİN-lərin) sayı 173 min 702 nəfər təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin sonu ilə müqayisədə 23 min183 nəfər, yəni 15,4% artım deməkdir. Aylıq müqayisədə isə müddətli əmanətçilərin sayı 5 min 529 nəfər, yəni 3,3% artıb.
Xatırladaq ki, müddətli əmanətçilərin sayı bu ilin iyulun 1-nə 168 min 173 nəfər, ötən ilin sonunda isə 150 min 519 nəfər təşkil etmişdir.