2025-ci ilin avqustun 1-nə (iyul ayının yekunu) Azərbaycanda bankların orta sahibkarlığa verdiyi kreditlərin həcmi 2 milyard 17,8 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Orta sahibkarlığın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 282,1 milyon manat, yəni 16,3%, ötən ilin sonuna nəzərən 183,8 milyon manat, yəni 10,0%, aylıq müqayisədə isə 87,2 milyon manat, yəni 4,5% artıb.
Xatırladaq ki, orta sahibkarlığın kredit portfeli bu ilin iyulun 1-nə 1,930,6 milyon manat, ötən ilin sonunda 1,834,0 milyon manat, 2024-cü ilin avqustun 1-nə isə 1,735,7 milyon manat təşkil edib.