Azərbaycanda mobil bankçılıq üzrə əməliyyatların sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin bu növ əməliyyatların sayı 24 milyon 254 min ədəd olub.
Bu da illik müqayisədə 10 milyon 698 min ədəd (78,9%), aylıq müqayisədə 62 min ədəd (0,3%) artım deməkdir.
Belə ki, 2022-ci ilin sentyabrın 1-nə bu növ əməliyyatların sayı 13 milyon 556 min ədəd, cari ilin avqustun 1-nə 24 milyon 192 min ədəd olub.