2024-cü ilin fevral ayı ərzində Azərbaycanda mobil bankçılıq üzrə 5 milyard 57 milyon manat həcmində 40 milyon 8 min əməliyyat aparılıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, əməliyyatlar son bir ildə məbləğ ifadəsində 2 milyard 101 milyon manat (71%), say ifadəsində 22 milyon 232 min ədəd (2,3 dəfə) artıb.
2023-ci ilin eyni dövründə 29 milyard 560 milyon manatlıq 17 milyon 776 min əməliyyat aparılmışdı.
İnternet bankçılıq üzrə 1 əməliyyatın orta hesabla həcmi 126 manat, əvvəlki ilin eyni dövründə isə 166 manat təşkil edib (Son bir ildə 40 manat və ya 24% azalma).