2024-cü ilin ilk ayı ərzində Azərbaycanda mobil bankçılıq üzrə 5 milyard 306 milyon manat həcmində 37 milyon 141 min əməliyyat aparılıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, əməliyyatlar son bir ildə məbləğ ifadəsində 3 milyard 227 milyon manat (2,6 dəfə), say ifadəsində 22 milyon 136 min ədəd (2,5 dəfə) artıb.
2023-ci ilin eyni dövründə 16 milyon 749 min manatlıq 1 milyon 622 min əməliyyat aparılmışdı.
Mobil bankçılıq üzrə 1 əməliyyatın orta hesabla həcmi 142 manat, əvvəlki ilin eyni dövründə isə 133 manat təşkil edib (Son bir ildə 9 manat artım).