2025-ci ilin sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda manatla verilən kreditlərin orta faiz dərəcəsi 18,52% təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,40 faiz bəndi artım deməkdir. Belə ki, 2024-cü il sentyabrın 1-nə manatla verilən kreditlərin orta faiz dərəcəsi 16,12% olmuşdu.
Ötən ilin sonu ilə müqayisədə də manatla kreditlərin orta faizi 1,45 faiz bəndi artıb. Həmin dövrdə göstərici 17,07% təşkil edirdi.
Aylıq müqayisədə isə manatla verilən kreditlərin orta faiz dərəcəsində 0,51 faiz bəndi azalma qeydə alınıb.
Xatırladaq ki, manatla verilən kreditlərin orta faiz dərəcəsi bu ilin avqustun 1-nə 19,03%, ötən ilin sonunda 17,07%, 2024-cü ilin sentyabrın 1-nə isə 16,12% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 28 milyard 704,9 milyon manat təşkil edib.
Bankların ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 629,3 milyon manat, yəni 10,1%, ötən ilin sonuna nəzərən 1 milyard 227,2 milyon manat, yəni 4,5%, aylıq müqayisədə isə 206,7 milyon manat, yəni 0,7% artıb.
Xatırladaq ki, bankların ümumi kredit portfeli bu ilin avqustun 1-nə 28 milyard 498,2 milyon manat, ötən ilin sonunda 27 milyard 477,7 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 26 milyard 75,6 milyon manat təşkil edib.