Ötən il maliyyə sektorunda çalışan işçilərin 42%-ni qadınlar təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi “Dayanıqlı Maliyyə üzrə sorğu nəticələri” buraxılışına istinadən xəbər verir.
Son 12 ayda işəgötürülənlərin 37%-ni qadın əməkdaşlar təşkil edib.
Bu göstəricilərlə yanaşı, vəzifələrin yuxarı pillələrində qadın təmsilçilərin iştirak faizi daha aşağı olmaqla, yuxarı idarəetmə səviyyəsində azalma göstərməkdədir.