2019-cu ilin sonuna olan məlumata əsasən Azərbaycanda regionlar üzrə kredit qoyuluşu 14 milyard 901 milyon manat təşkil edib. Kreditlərin ümumilikdə orta faiz dərəcəsi 11,1% olub.
Eləcə də bax: Azərbaycanda kreditlər hansı sahələrin hesabına artıb - AÇIQLANDI
FED.az Azərbaycan Respublikası Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, kreditlərin böyük hissəsi paytaxt Bakının payına düşüb. Belə ki, 2019-cu ilin sonuna olan məlumata görə, paytaxta 11 milyard 955 milyon manat kredit qoyuluşu edilib. Bu göstərici umumi kredit qoyuluşunun 80,2% -ni təşkil edib. Bakıda kreditin orta faiz dərəcəsi 9,3% olub.
Bakıdan sonra ən böyük məbləğdə kredit qoyuluşu Aran iqtisadi rayonunda olub. Belə ki, 2019-cu ilin sonuna olan məlumata görə, bu sahəyə 763 milyon 656 min manat kredit qoyulub. Bu regionda verilən kreditlərin orta faiz dərəcəsi 20,7% olub.
Aran iqtisadi rayonuna yaxın göstərici Gəncə-Qazax iqtisadi rayonunda qeydə alınıb. Belə ki, 2019-cu ilin sonuna olan məlumata görə, bu regionda 621 milyon 605 min manat kredit verilib. Verilmiş kreditlərin orta faiz dəcərəsi 18,4% olub.
Sıralamada 3-cü ən çox kredit qoyuluşu olan rayon Abşeron iqtisadi rayonu olub. Bu regionda kredit qoyuluşu 546 milyon 554 min manat təşkil edib. Kreditlərin orta faiz dərəcəsi isə 15,6% olub.
Rayonlar üzrə orta faiz dərəcəsinə görə, ən aşağı faiz göstəricisi Bakıda 9,3% , ən çoxu isə Yuxarı Qarabağ iqtisadi rayonunda olub 23,1% olub.