Xəbər verildiyi kimi, 2019-cu ilin sonuna Azərbaycanda bankların kredit portfeli 15 milyard 298 milyon manat təşkil edib. FED.az xəbər verir ki, bu göstərici 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə 2 milyard 278 milyon manat və ya 17,4% çoxdur.
Eləcə də bax: Azərbaycanda ən çox hansı sahələrə - KREDİT VERİLDİYİ AÇIQLANIB
Bəs artım hansı sahələrin hesabına baş verib?
İstehlak kreditləri – illik artım 1 milyard 659,1 milyon manat və ya 31,1%.
Energetika, kimya və təbii ehtiyatlar sektoru – illik artım 200 milyon manat və ya 47,7%.
Daşınmaz əmlakın tikintisi (ipoteka daxil olmaqla) – illik artım 190 milyon manat və ya 10,2%.
Sənaye və istehsal sektoru – illik artım 166 milyon manat və ya 23,4%.
Ticarət və xidmət sektoru – illik artım 112 milyon manat və ya 4,4%
İnşaat və əmlak – illik artım 88,3 milyon manat və ya 22,7%.
Kənd təsərrüfatı və emal – illik artım 73,4 milyon manat 13,5%.
İctimai təşkilatlar – illik artım 27,9 milyon manat 3,7 dəfə.
Nəqliyyat və rabitə sektoru - illik azalma 167 milyon manat və ya 12,1%.
Hökumət idarələri – illik azalma 0,4 milyon manat və ya 3 dəfə.
Başqa sözlə, kreditlərin azaldığı sahələri də nəzərə alanda ötən il 2 milyard 445 milyon manat yeni kredit verilib. Bu artımın
67,9% istehlak kreditlərinin,
8,2% energerika və kimya sektorunun,
7,8% daşınmaz əmlakın tikintisi,
6,8% sənaye və istehsal sektorunun
4,6% ticarət və xidmət sektoru
3,6% inşaat və əmlak sektoru
3% kənd təsərrüfatı sektoru
1,1% ictimai təşkilatların payına düşüb.