2019-cu ilin sonuna olan məlumata görə, Azərbaycanda iqtisadiyyata kredit qoyuluşu 15 milyard 298 milyon manat təşkil edib. Bu göstərici 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə 2 milyard 278 milyon manat və ya 17,4% çoxdur. 2018-ci ildə iqtisadiyyata kredit qoyuluşu 13 milyard 021 milyon manat təşkil etmişdi.
Eləcə də bax: Azərbaycanda istehlak kreditlərinin həcmi - REKORD HƏDDƏ ÇATIB
FED.az xəbər verir ki, 2018-ci ilin sonuna olan göstəricilərlə müqayisədə 2019-ci ildə kredit artımı ticarət və xidmət sektoru, energetika, kənd təsərrüfatı, inşaat və əmlak, sənaye və istehsal sektoru, istehlak kreditləri, həmçinin daşınmaz əmlakın tikintisinə(ipoteka daxil olmaqla), ictimai təşkilatlara verilmiş kreditlərdə artım olub.
Sadalanan sahələr istisna olmaqla nəqliyyat və rabitədə və hökumət idarələrinə verilən kreditlərdə azalma olub.
Ticarət və xidmət sektoru
2019-cu ilin yekun nəticələrinə görə, ticarət və xidmət sektoruna 2 milyard 492 milyon manat kredit verilib ki, bu da 2018-ci ilə olan göstərici ilə müqayisədə 112 milyon manat və ya 4,4% çoxdur. 2018-ci ildə qeyd edilən sahəyə verilən kreditlər 2 milyon 380 milyon manat təşkil etmişdi. 2019-cu ilə ticarət və xidmət sektorunun kredit portfelində xüsusi çəkisi 16,3% olub.
Energetika, kimya və təbii ehtiyatlar sektoru
Kredit qoyuluşu artan digər bir sahə energetika, kimya və təbii ehtiyatlat sektorunda olub. Bu sahəyə 619,4 milyon manat kredit verilib. Bu göstərici 2018-ci illə müqayisədə 200 milyon manat və ya 47,7% çoxdur. Belə ki, 2018-ci il bu sahəyə 419,2 milyon manat kredit verilmişdi. Energetika sahəsinə verilmiş kreditlərin portfeldə payı 4% olub.
Kənd təsərrüfatı və emal
Həmçinin kredit qoyuluşu artan sahələrdən biri də kənd təsərrüfatı və emal sənayesi olub. 2019-cu ilin sonun olan məlumata görə, bu sahəyə 543,4 milyon manat kredit verilib. Bu göstərici 2018-ci ilin sonuna olan rəqəmlərlə müqayisədə 73,4 milyon manat 13,5% çoxdur. Belə ki, 2018-ci ildə qeyd edilən sahəyə 470 milyon manat kredit verilmişdi. Sektora verilmiş kreditlərin portfeldə payı 3,6% təşkil edib.
İnşaat və əmlak
İnşaat və əmlak sektoruna 2019-cu ildə 477,1 milyon manat kredit verilib. 2018-ci illə müqayisədə 2019-cu ildə bu sahəyə verilən kreditlər 88,3 milyon manat və ya 22,7% artıb. 2018-ci ildə bu sahəyə verilən kreditlərin məbləği 388,8 milyon manat təşkil tmişdi. Sektorun portfeldə çəkisi 3,1% olub.
Sənaye və istehsal sektoru
2019-cu ildə sənaye və istehsal sektoruna 872,6 milyon manat kredit verilib. Bu 2018-ci illə müqayisədə 166 milyon manat və ya 23,4% çoxdur. Qeyd edilən sahətə 2018-ci ildə 706,6 milyon manat kredit verilmişdi. Sənaye və istehsal sektorunun kredit portfelində xüsusi çəkisi 5,7%-dir.
İstehlak kreditləri
Azərbaycanda 2019-cu ilin sonuna istehlak kreditlərinin həcmi tarixi maksimuma çatıb. 2019-cu ilin sonuna istehlak kreditləri 6 milyard 978,7 milyon manat olub. Bu göstərici 2018-ci ilin sonu ilə müqayisədə 1 milyard 659,1 milyon manat və ya 31,1% artıqdır. Belə ki, 2018-ci il sonunda ölkə üzrə istehlak kreditlərinin həcmi 5 milyard 319,6 milyon təşkil etmişdi. İstehlak kreditlərinin həcmi ilə yanaşı, onların ümumi kredit portfelində payı da sürətlə artmaqdadır. 2018-ci ildə ölkə üzrə ümumi kreditlərin 40,9%-i istehlak idisə, 2019-un sonunda bu rəqəm 45,6%-ə çatıb.
Daşınmaz əmlakın tikintisinə(ipoteka daaxil olmaqla)
Daşınmaz əmlakın tikintisinə də verilən kreditlər artıb. Bu sahəyə 2019-cu ildə 2061,3 milyon manat kredit verilib. Bu göstərici 2018-ci illə müqayisədə 190 milyon manat çoxdur. 2018-ci ildə qeyd edilən sahəyə 1870,9 milyon manat kredit verilmişdi. Kredit portfelində xüsusi çəkisi 13,5% təşkil etmişdi.
İctimai təşkilatlara verilmiş kreditlər
İctimai təşkilatlara verilmiş kreditlər 38 milyon manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 27,9 milyon manat 3,7 dəfə çoxdur. Portfeldə xüsusi çəkisi 0,2% təşkil edib.
Bu sahəyə verilən kreditlər azalıb
Sadalanan sahələrdən fərqli olaraq nəqliyyat, rabitə və hökumət idarələrinə verilən kreditlər azalma olub. Belə ki, 2019-cu ildə nəqliyyat və rabitə sahəsinə 1204,3 milyon manat kredit verilib. Bu göstərici 2018-ci illə müqayisədə 167 milyon manat və ya 12,1% azdır. 2018-ci ildə bu sahəyə 1370,7 milyon manat kredit verilmişdi.
Hökumət idarələrinə 2019-cu ilin sonuna verilən kreditlərin məbləği 0,2 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə 0,4 milyon manat və ya 3 dəfə azdır. Belə ki, 2018-ci ildə bu sahəyə 0,6 milyon manat kredit verilmişdi.
Ümumilikdə kredit portfelində ən çox paya sahib olan sahələr istehlak kreditləri 45,6%, ticarət və xidçət sektopru 16,3% və daşınmaz əmlak sahəsinə 13,5% verilən kreditlər təşkil etmişdir.