Bu ilin sentyabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 22 447,3 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 63,4 mln. manat və ya 0,3% artıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi cari ilin əvvəli ilə müqayisədə 576,9 mln. manat və ya 2,6%, ötən ilin analoji tarixi ilə müqayisədə isə 1 857,0 mln. manat və ya 9% artıb.
Eləcə də bax: Əhalinin banklara inamı artıb - ƏMANƏTLƏR ARTIB
Eyni zamanda, sentyabrın 1-nə ev təsərrüfatlarının kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 8 561,8 mln. manata bərabər olub ki, bu da əvvəlki ayla müqayisədə 18,2 mln. manat və ya 0,2% az, cari ilin əvvəli ilə müqayisədə 186,4 mln. manat və ya 2,2%, ötən ilin eyni tarixi ilə müqayisədə isə 541 mln. manat və ya 6,7% çoxdur.
Maliyyə təşkilatlarının depozit və əmanətlərinə gəldikdə, sentyabrın 1-nə onların ümumi həcmi son bir ayda 56,5 mln. manat və ya 3,5%, ilin əvvəlindən 110 mln. manat və ya 7,1%, son bir ildə isə 76,7 mln. manat və ya 4,9% artaraq 1 657,7 mln. manat təşkil edib.
Bununla yanaşı, qeyri-maliyyə təşkilatlarının kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi sentyabrın 1-nə 12 227,7 mln. manata çatıb. Bu göstərici avqustun 1-i ilə müqayisədə 25 mln. manat və ya 0,2%, ilin əvvəlindən 280,3 mln. manat və ya 2,3%, son bir ildə isə 1 238,9 mln. manat və ya 11,3% artıb.
Apa