Azərbaycada əməkhaqqı kartlarının sayı artıb, kredit kartlarının sayı isə azalıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu il dekabrn 1-nə olan məlumata görə, ölkədə olan əməkhaqqı kartlarının sayı 2306 min ədəd olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 265 min ədəd çoxdur. Belə ki, ötən ilin dekabrn 1-nə olan məlumata görə, ölkədə olan əməkhaqqı kartlarının sayı 2041 min ədəd olub.
Eləcə də bax:Dekabrda bəzi banklar əmanətləri ucuzlaşdırıb - ARAŞDIRMA
2019-cu ilin dekabrn 1-nə olan məlumata görə, ölkədə olan kredit kartlarının sayı 751 min ədəd olub. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 84 min ədəd azdır. Belə ki, 2018-ci ilin dekabrn 1-nə olan məlumata görə, ölkədə olan kredit kartlarının sayı 835 min ədəd olub.