Azərbaycanda kredit kartlarından istifadə ilə bağlı rekord artım qeydə alınıb.
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 9 mlrd. manata çatıb
FED.az xəbər verir ki, belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi yeddi milyard 890 milyon manat təşkil edib. Bu göstəricinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.7 faiz və ya 2 milyard 282 milyon manat çoxdur.
Bəs, ölkəmizdə kredit kartları vasitəsilə xərcləmələrin sürətlə artması hansısa risklər yaradırmı?
Mütəxəssislərin fikrincə, bu məsələ gələcəkdə böyük risklərə səbəb ola bilər. Maliyyə və bank məsələləri üzrə ekspert Elman Sadıqovun sözlərinə görə, dünya üzrə daha çox borclanmalar kredit kartları üzrədir.
İqtisadçı ekspert Xalid Kərimli isə deyir ki, burda vətəndaşların əsas diqqət etməli olduqları məqam onlara kredit kartı üzrə limit ayırlan zaman ancaq rəsmi borc və xərclərin hesablanmasıdır.
Ekspertlərin sözlərinə görə, borclar yığıldıqca problemli kreditlərə çevrilir. Amma bəzi insanlar kreditə həddən artıq meyillənirlər. Bir çoxlarının borc yükləri əməkhaqlarının hətta on mislinə bərabər olur. Buraya istehlak kreditləri, bank olmayan kredit təşkilatlarından alınan borclar, müxtəlif mağazalardan götürülən daxili kreditlər, həmçinin kredit kartları daxildir.