Azərbaycanda istehlak kreditlərinin həcmi 9 milyard 491 milyon manata çatıb.
Banklarda ən sərfəli istehlak kreditləri – MƏBLƏĞLƏR, ŞƏRTLƏR - SİYAHI (May, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, istehlak kreditlərinin həcmi ötən ilin sonundan bəri 137 milyon manat və ya 1,5% artıb.
Son bir ildə isə istehlak kreditlərinin həcmi 887 milyon manat artıb. Xatırladaq ki, 2025-ci ilin aprelin 1-nə istehlak kreditlərinin həcmi 8 milyard 604 milyon manat olmuşdu.
Bununla yanaşı, rüb ərzində istehlak kreditlərinin artım sürəti zəifləyib. Belə ki, ötən ilin birinci rübü ərzində istehlak kreditləri 159 milyon manat və ya 2024-ün sonuna nəzərən 1,9% artmışdı. Bu il isə ilk 3 ayda istehlak kreditləri portfeli cəmi 137 milyon manat artıb kİ, bu da 1,5% artım deməkdir.
Başqa sözlə, xəbər verildiyi kimi, AMB-nin tətbiq etdiyi sərt qaydalar istehlak kreditlərinin artımını zəiflədib.














