Cari ilin avqust ayında cəmi kredit qoyuluşları 22 484,1 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 3 347,3 milyon manat və ya 17,5% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 19 136,8 milyon manat olub.
Aylıq müqayisədə isə 442,2 milyon manat, 2%-lik artım qeydə alınıb.
İyul ayının 1-nə olan geniş pul kütləsi 22 041,9 milyon manat təşkil edib.