Azərbaycanda internet bankçılıq üzrə əməliyyatların sayında azalma qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin okytabrın 1-nə bu növ əməliyyatların sayı 1 milyon 787 min ədəd olub.
Bu da illik müqayisədə 391 min (18%), aylıq müqayisədə 21 min ədəd (1,2%) azalma deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə bu növ əməliyyatların sayı 2 milyon 178 min ədəd, cari ilin avqustun 1-nə 1 milyon 808 min ədəd olub.