2023-cü ilin 11 ayı ərzində Azərbaycanda internet bankçılıq üzrə 18 milyon 784 min manat həcmində 1 607 əməliyyat aparılıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, əməliyyatlar son bir ildə məbləğ ifadəsində 711 min manat (3,9%) artasa da, say ifadəsində 1 043 ədəd (39,4%) azalıb.
2022-ci ilin eyni dövründə 18 milyon 73 min manatlıq 2 650 əməliyyat aparılmışdı.
İnternet bankçılıq üzrə 1 əməliyyatın həcmi 11 689 manat, əvvəlki ilin eyni dövründə isə 6 820 manat təşkil edib.