Bu ilini dekabrın birinə Azərbaycanda bank müştərilərinin sayı 14 milyon 498 min nəfər olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Müştərilərin 14 milyon 359 min nəfəri fiziki, 695,8 min nəfəri sahibkarlıqla məşğul olanlar 138,6 min nəfəri isə hüquqi şəxslərdir.
Bank müştərilərinin ümumi sayı son bir ayda 147,6 min nəfərə yaxın, fiziki şəxslərin sayı 144,8 min nəfər, sahibkarlıqla məşğul olanların sayı 10,3 min nəfər artıb, hüquqi şəxslərin sayı 2,9 min nəfərə yaxın artıb.
İllik müqayisədə isə ümumi müştərilərin sayı 767,1 min nəfər (5,6%), fiziki şəxslər 767,1 min nəfər (5,6%), sahibkarlıqla məşğul olan şəxslər isə 67,9 min nəfər (10,8%), hüquqi şəxslərin sayı 69 nəfər (0,05%) artıb.