Azərbaycanda internet bankçılıq üzrə əməliyyatların həcmində artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin oktyabrın 1-nə bu növ əməliyyatların həcmi 20 382 mln manat olub.
Bu da illik müqayisədə 3 302 mln manat (19,3%) artım , aylıq müqayisədə 1 478 mln manat (6,8%) azalma deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə bu növ əməliyyatların sayı 17 080 mln ədəd, cari ilin sentyabrın 1-nə 21 860 mln manat olub.