Azərbaycanda internet bankçılıq üzrə əməliyyatların həcmində artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin bu növ əməliyyatların həcmi 21 860 mln manat olub.
Bu da illik müqayisədə 2 830 mln manat (14,9%), aylıq müqayisədə 283 mln manat (1,3%) artım deməkdir.
Belə ki, 2022-ci ilin sentyabrın 1-nə bu növ əməliyyatların sayı 19 030 mln ədəd, cari ilin avqustun 1-nə 21 577 mln manat olub.