Azərbaycanda internet bankçılıq üzrə əməliyyatların sayında azalma qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin bu növ əməliyyatların sayı 1 milyon 808 min ədəd olub.
Bu da illik müqayisədə 3 milyon 866 min ədəd (68,1%/3,1 dəfə), aylıq müqayisədə 94 min ədəd (4,9%) azalma deməkdir.
Belə ki, 2022-ci ilin sentyabrın 1-nə bu növ əməliyyatların sayı 5 milyon 674 min ədəd, cari ilin avqustun 1-nə 1 milyon 902 min ədəd olub.