Azərbaycanda insnaların və sahibkarların təqribən 20%-i dini inanclarına görə bank xidmətlərindən istifadəetmir, xüsusilə də kredit göürmür.
Azərbaycanda islam bankçılığı tətbiq ediləcək – QANUNLARA DƏYİŞİKLİK GÖZLƏNİLİR
FED.az xəbər verir ki bu barədə İqtisadi resursların öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev bu gün Bakıda keçirilən “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda Konfransda bildirib.
Onun sözlərinə görə, rəhbərik etdiyi təşkilatın sahibkarlar arasında apardığı araşdırma zamanı məlum olub ki, insanların 20%-i dini inancına görə, banklara müraciət etmir, ümumiyyətlə kredit almır: «Bu hər 1000 sahibkardan 200-nün bank xidmətindən istifadə etməməsi deməkdir».
Sorğuda işirak edən daha 39% bildirib ki, dini inancı icazə verməsə də, banklar müraciət etməyə məcburdur.
«Bu təqribən 60% təbəqə Azərbaycanda islam bankçılığının potensial istifadəçiləridir»-deyə R.Atakişiyev bildirib.