Cari ilin fevralın 1-nə Azərbaycanda qurşadırılmış bankomatların sayı 3 116 ədəd təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bankomatlatın 1 610-u Bakının, 1 506-sı regionların payına düşüb.
İllik müqayisədə isə ümumi olaraq bankomatların sayı 39 ədəd (1,3%) artıb.
Bakıda bankomatların sayı 8 ədəd azalıb, regionlarda isə 47 ədəd artıb.
Belə ki, 2023-ci ilin fevralın 1-nə ölkə üzrə 3 077 ədəd bankomat olub ki, bunun da 1 610 ədədi Bakının, 1 506 ədədi regionların payına düşüb.
Ümumilikdə hesabat dövründə Azərbaycanda 3.3 min nəfərə bir bankomat düşüb. Bu dövrdə bir bankomata düşən əməliyyatların orta aylıq həcmi 901 min 404 manat təşkil edib.
İqtisad rayonlara düşən bankomatların sayı isə aşağıdakı cədvəldə verilib.
|
CƏMİ |
3,116 |
1 |
Bakı iqtisadi rayonu |
1,610 |
2 |
Naxçıvan iqtisadi rayonu |
131 |
3 |
Abşeron-Xızı iqtisadi rayonu |
210 |
4 |
Dağlıq Şirvan iqtisadi rayonu |
55 |
5 |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
164 |
6 |
Qarabağ iqtisadi rayonu |
112 |
7 |
Qazax-Tovuz iqtisadi rayonu |
134 |
8 |
Quba-Xaçmaz iqtisadi rayonu |
116 |
9 |
Lənkəran-Astara iqtisadi rayonu |
106 |
10 |
Mərkəzi Aran iqtisadi rayonu |
141 |
11 |
Mil-Muğan iqtisadi rayonu |
84 |
12 |
Şəki-Zaqatala iqtisadi rayonu |
139 |
13 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
12 |
14 |
Şirvan-Salyan iqtisadi rayonu |
102 |