Azərbaycanın bank sektorunda, daha dəqiqi kredit-girov münasibətlərində mühüm yenilik gözlənilir.
FED.az xəbər verir ki, banka girov qoyulan əmlaklar kreditin qaytarılmadığı təqdirdə avtomatik olaraq bankın sərəncamına keçəcək.
Eləcə də bax: Azərbaycanda müqavilənin videogörüntü ilə – TƏSDİQLƏNMƏSİ BAŞLAYIR - YENİLİK
Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin informasiya komunikasiya və texnologiyalar idarəsinin rəisi Ağakırim Səmədzadə bildirib. Onun sözlərinə görə, bu proses notariuslarda icra qeydləri ilə bağlı sadələşdirmənin sayəsində baş tutacaq: «Biz banklar üçün yeni imkanları müzakirə edirik. Qanunvericilikdə artıq dəyişikliklər olunub, ipotekaya məhkəməsiz yönəltmə üzərində banklarla bir yerdə işləyirik. Çünki banklar tərəfdə də çoxlu işlər görülməlidir. Bu məsələdə banklar bizim aramızda sırf texniki məsələlərdir o da başa çatmaq üzrədir. Bu sahədə gündəlik yüzlərlə müraciət var».
Eləcə də bax: Borcunu ödə, ökədən çıx - SƏRHƏDDƏ YENİ SİSTEM İŞƏ DÜŞÜR
Qeyd edək ki, banklarda girov qoyulmuş əmlakın kredit qaytarılmadığı təqdirdə avtomatik olaraq, yəni məhkəməsiz bankın sərəncamına keçməsi ölkə banklarının çoxdankı arzusudur. Prosedurun bu formada həyata keçirilməsi girov əmlakın bankın sərərcamına keçməsi ilə bağlı uzun müddət çəkən məhkəmə prosesindən can qurtarmağa imkan verir: «Bir il bundan qabaq mübahisəsiz borc məsələlərilə bağlı qərarların icra qeydləri ilə icrasına başlanılıb. İndi bunun üçün qərərları sistemə elektron şəkildə daxil etmək kifayətdir və notarius 24 saat ərzində ərzində icraya göndərir. İndi isə biz o borcu ipotekaya yönəltmək üzərində işləyirik. Ortada ipoteka varsa borcu pula yox ipotekaya yönəltməyi planlaşdırırıq. Yaxınlarda bu yenilik tətbiq ediləcək».