Bu il yanvarın 25-də Prezident İlham Əliyevin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanı ilə bağlı işlər yekunlaşmaq üzrədir.
FED.az xəbər verir ki, İpoteka və Kredit Zəmanəti Fondundan bildirib ki, artıq kirayə mexanizminin işə düşməsi üçün zəruri işlərin əksəriyyəti həll edilib.
Eləcə də bax: İpoteka və Kredit Zəmanət Fondu bu il nə qədər - İPOTEKA KREDİTİ VERİDİYİNİ AÇIQLADI
Dekabrın ortalarında mənzillərin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün sənəd qəbuluna başlanılacaq. Bununla bağlı öncədən ictimaiyyətə məlumat veriləcək. Vətəndaşlar “Asan İmza” əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edəcəklər.
“Qafqazinfo”