Cari ilin oktyabrın 1-nə geniş pul kütləsi 42 024,1 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin oktyabrın 1-i ilə müqayisədə 1 873,7 milyon manat və ya 4,7% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 40 154,4 milyon manat olub.
Aylıq müqayisədə isə 913,8 milyon manat, 2,2%-lik artım qeydə alınıb.
Sentyabrın 1-nə olan geniş pul kütləsi 41 110,3 milyon manat təşkil edib.
İlin əvvəlində isə 9,3 milyon manatlıq artım müşahidə edilib. Cari ilin əvvəlində bu göstərici 42 014,8 manat həcm olunub.