2023-cü ilin 8 ayında faiz və onlara bağlı xərclər 553,7 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 143,9 milyon manat və ya 35,1% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin 8 ayında faiz və onlara bağlı xərclər 409,8 milyon manat olub.