Azərbaycanda faiz gəlirləri ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların faiz gəlirlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Bank Melli İran" Azərbaycan filialında 71%, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın faiz gəlirləri 1,5 milyon manat həcmində artıb.
"Bank Melli İran" Azərbaycan filialından sonra artıma görə ikinci yerdə 68,2% və ya 31,1 milyon manat göstərici ilə "Azər Türk Bank" gəlir.
Faiz gəlirlərini 39,4% və ya 31,9 milyon manat artıran "Yelo Bank" üçüncüdür.
"Rabitəbank"-ın faiz gəlirləri illik müqayisə ilə 27,7% və ya 18,2 milyon manat dəyərində artıb.
"Ziraat Bank Azərbaycan"-nın faiz gəlirlərində təxminən 25,9% və ya 8,1 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 25,3% (34,8 milyon manat) artımla "Bank Respublika" yer alıb.
"Bank VTB Azərbaycan"-nın faiz gəlirləri isə 4,4 milyon manat (22,8%) böyüyüb.
"Kapital Bank" son bir il ərzində faiz gəlirlərini 102,7 milyon manata yaxın, başqa sözlə 20% artırıb.
Hesabat rübündə yalnız "Bank Avrasiya"nın faiz gəlirlərində azalma (1 milyon manat və ya 8,4%) baş verib.